Cf29-7iXIAIi_uq

Siz “ağ mühasibatlıqla” işləməyə çalışırsınız? Artıq zamanı gəlir

 

in Azerbaijani

Azərbaycanda bu ilin 1-ci kvartalında cəmi 34 vergi yoxlaması keçirilmişdir. Bunu Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 9 aprel 2016-cı ildə keçirilən iclasında bəyan etmişdir. Bu rəqəm çox şeyi deyir. Ən əsası isə belə görünür, vergi yoxlamaları ölkə Prezidentinin birbaşa nəzarətindədir. 

Son vaxtlar dövlət orqanları üzərində nəzarətin güclənməsi Azərbaycanda biznes mühitinin daha da yaxşılaşmasına gətirib çıxarmışdır. Bizim müşahidələrimiz bunu tam təsdiq edir. Biz bunları demək olar ki, gündəlik praktikadan keçiririk.

Təəssüf ki, ötən illərdə mövcud olan şərait Azərbaycan şirkətləri arasında “qara mühasibatlığın” yaranmasına səbəb olmuşdur. Bunun üçün biznesləri qınamaq düzgün olmazdı, çünki onlar sadəcə mövcud şəraitdə fəaliyyət göstərməli olurlar. Ancaq son zamanlar cənab Prezidentin səyləri ilə görülən tədbirlər getdikcə yerli şikətlərə “ağ mühasibatlıq”la işləməyə şərait yaradır. Düzdür, bu məsələ hələ də tam olaraq öz həllini tapmamışdır, biznes ictimaiyyəti bir sıra qurumlardan daha əməli tədbirlər gözləyir. Ancaq müasir tendensiyanı nəzərə alaraq hesab edirik ki, bizneslər tərəfindən “ağlaşdırma” istiqamətində səmərəli tədbirlərin görülməsinin vaxtı gəlib çatıbdır.

Korporativ Strukturlaşdırma

Bizim hüquq şirkəti bu məsələ barədə uzun müddətdir ki, araşdırma aparır və iş adamları ilə müzakirə edir. Hüquqşünas olaraq bizim bizneslərə gətirə biləcəyimiz dəyər, bir sıra məsələlərlə yanaşı, korrporativ strukturlaşdırma ilə bağlıdır. Bu struktur elə qurulmalıdır ki, maliyyə nöqteyi- nəzərdən səmərəli olsun. Mümkün qədər çalışmaq lazımdır ki, əlavə vergi yükünün yaranmasına və ya vergi optimallaşdırmasına nail olunsun. Həmçinin strukturlaşdırma zamanı əlavə xərcləri aradan qaldırmaq və sinerjiyə nail olmaq mümkündür (konkret haldan asılı olaraq).

Digər mühüm məsələlərdən biri idarəçiliyin daha səmərəli olmasının təmin edilməsidir. Bu zaman hansı vəzifənin kim tərəfindən yerinə yetirilməsi, holdinqə daxil olan şirkətlər arasında istər maliyyə, istərsə də hüquqi əlaqənin qurulması, subordinasiya və sair kimi məsələlər meydana çıxır.

Gömrük

Gömrük orqanlarında bir çox məsələlər öz həllini tapmaqdadır. Bununla belə bir mühüm məsələni nəzərə almaq zəruridir. Əvvəla, bizim müşahidələrimiz göstərir ki, ötən illərdən fərqli olaraq hazırda yaranan problemlərin əksəriyyəti (hamısı deyil) “pərakəndə” xarakter daşıyır (sistemli deyildir). Əgər əvvəllər gömrük orqanı qeyri-rəsmiliyi sistemli olaraq tətbiq edirdisə, hazırda onun bəzi qurumları konkret şəraitdən istifadə etməyə çalışırlar. Xalq dili ilə desək “kimi xamlaya bildi, xamladı”.

Digər bir məsələ idxal zamanı gömrük rüsumları ilə bağlıdır. Nədənsə demək olar bütün növ mal və məhsullar idxal edənlər elə düşünürlər ki, onlar 36% idaxal ödənişləri etməlidirlər. Bu maksimum məbləğdir, və idxal rüsumu bundan az da ola bilər. Bu idaxal edilən konkret mal və ya məhsuldan asılıdır.

Ümumi desək, aksiz mallarını nəzərə almadan, idxal ödənişlərinə 3 cür ödəniş daxildir: (i) əlavə dəyər vergisi (ƏDV), (ii) gömrük idxal rüsumu və (iii) rəsmiləşdirmə haqqı. ƏDV-nin dərəcəsi 18%-dir. Bəzi mallar ƏDV-dən azaddırlar. Rəsmiləşdirmə haqqı idxal edilən malların həcmindən asılı olaraq dəyişir, ancaq maksimal həddi təqribən 275 manatdır.

Əsas problem gömrük idxal rüsumu ilə bağlıdır. Gömrük idxal rüsumunun dərəcəsi konkret mal və ya məhsuldan asılı olaraq 0%, 5%, 10% və 15% ola bilər. Həmin geniş yayılan 36% ödəniş onu ehtimal edir ki, idxal olunan mala 15% gömrük idxal rüsumu tətbiq edilir.

Konkret malı və ya məhsulu idxal edərkən ona tətbiq edilən rüsum dərəcəsini onlayn yoxlamağınızı məsləhət görərdik. Bu linkə http://c2b.customs.gov.az/tnved_public.aspx daxil olun. Malın Ümumdünya Gömrük Təşkilatının Harmonizə Sisteminə uyğun olan malın nömrəsini daxil edin. Konkret məhsulun növünü seçkdikdən sonra həmin səhifədə “Gömrük ödənişləri” qrafasının üzərindən tıklayın. Bu sizə gömrük rüsumunun dərəcəsini göstərəcəkdir.

Bu rüsumlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Hər hansı sual və ya problem yarandığı halda həmin Nazirlər Kabinetinin müvafiq qərarlarına müraciət etmək olar.

Vergi

Bir çox vergi məsələləri hələ də öz həllini gözləyir, ancaq hələlik optimistik baxmaq olar. ƏDV-nin geniş biznes ictimaiyyəti tərəfindən ödənilməsi məsələsi hələ də gündəmdədir. Burada əlbəttə ki, vergi orqanları tərəfindən bu sahədə qanunvericiliyin bərabərlik prinsipinə uyğun olaraq tətbiqi önəmli məsələdir. İstənilən şəraitdə, sahibkarlar tərəfindən bu işlərin səhmana salınması mühüm əhəmiyyət kəsb edir. Bəzi hallarda, misal üçün, holdinqə daxil olan şirkətlərin sadələşdirilmiş əsaslarla işləməsi daha sərfəli ola bilərsə də, ancaq tez-tez unudulan məqam odur ki, ƏDV-nin ödənilməsi bəzi hallarda daha sərfəli ola bilər.

Əgər sahibkar onsuz da idxal zamanı 18% vergi ödəyirsə, bu məbləğ ya əvəzləşdirilməli (qeyri-sadələşdirilmiş vergi ödəyəcisi), yaxud sahibkarın xərcinə daxil olmalıdır (sadələşdirilmiş olan zaman). Aşağıdakı bu maraqlı misala nəzər yetirin:

 
 

Sadələşdirilmiş vergi olan hallarda: 

Siz mal idxal edirsiniz, onun dəyəri 800 manatdır. Siz həmişə həmin malı 1100 manata satmısınız, yəni marja 300 manat olubdur. İdxal edən zaman 18% ƏDV ödəyirsiniz – 800 x 0.18 = 144. Siz bu məbləği hər bir halda ödəmiş olursunuz.

Sizin ümumi xərcləriniz olur 800 + 144 = 944. Nəticədə sizin vergidən əvvəl qazancınız 1100 – 944 = 156 manat. Fərz edək ki, 156 manat marja sizə yenə də xeyir gətirir. Siz sadələşdirilmiş vergi ödəyicisi olduğunuz halda, siz 6% vergi ödəyirsiniz. Nəticədə siz 90 manat qazanmış oldunuz – yəni, 1100 – 800 – 144 – (1100 x 0.6) = 90.

 

Adi (sadələşdirilmiş olmayan) vergi olan hallarda:

Ancaq siz sadələşdirilmiş vergi ödəyicisi olmasanız və fərz edək ki, bu malı siz 1100 manata satmaq əvəzinə onu 932.20 manata satırsınız. Bu zaman alan şəxs sizə 932 + (932 x 0.18) ödəyir, əlavə olaraq 167.8 manat ƏDV ödəyir. Alan şəxs isə əvvəl sadələşdirilmiş vergi halında olduğu kimi malı 1100 manata almış olur.

Bu zaman sizin vergidən əvvəl gəliriniz 932 – 800 = 132 manat olur.

Xalis gəlirdən 20% vergi tutlduqdan sonra sizin xalis gəliriniz 132 – (132 x 0.2) = 107.4 manat olur.

Nəticədə siz həm ƏDV ödəmiş olur, həm də daha çox gəlir əldə etmiş olursunuz.

Bu misalda göstərilən rəqəmlər sadəcə nümunə məqsədi daşıyır. Əgər onlar sizə az gəlirsə, hər bir rəqəmin arxasına, misal üçün, 3 “0” (yəni ...000) əlavə edin.

 
 

Digər tez-tez problemli kimi görünən məsələ əmək müqavilələrindən irəli gələn vergilərin ödənilməsidir. Çoxları razılaşar ki, Azərbaycanda bir işçi üçün ödənilən məcburi ödənişləri – yəni vergilər və sosial ödənişlər – bazar şəraitinə uyğun deyil və həddən artıq çoxdur. Bu məsələnin asan həlli olmasa da, yenə də bir sıra faktorları nəzərə almaq olar. Misal üçün, elə işçilər ola bilər ki, onların işi daimi xarakter daşımaya bilər. Üstəlik belə işçilərə ödənilən məbləğlər onları fəaliyyətinin nəticəsində asılı ola bilər. Misal üçün, satış və marketinqlə məşğul olan işçilərin həm iş saatları, həm də onlara ödənişlər dəyişkən ola bilər. Bu cür işçiləri xidmət müqaviləsi əsasında işə cəlb etmək olar. Əlbəttə bu cür müqavilələrin qanuni olması üçün müvafiq iqtisadi əsas (və ya, İngilis dilindən tərcümə etsək “iqtisadi tərkib” – economic substance) olmalıdır, əks halda onlar sadəcə vergidən yayınmaq cəhdi olar. Vergi məsələlərində, əlbəttə ki, əsası qeyri-rəsmi vergi inzibatçılığının aradan qaldırılmasıdır. Xüsusən, vergi ödəyiciləri tərəfindən xərclərin lazımi qaydada rəsmiləşdirilməsi məsələsi durur. Bu da sırf vergi orqanlarından asılı olan məsələdir, çünki burada problem sistematik xarakter daşıyır. Biz bu məsələnin tezliklə həll olunacağına ümid edirik. Həll olunduğu təqdirdə, yəgin biz Vergilər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirən və onları tərifləyən birinci insanlar olacağıq.

Yekun

Bir sıra çətinliklərə baxmayaraq biz xüsusən yerli biznesləri “ağ” işləməyə həvəsləndirmək istərdik. Orta və uzun müddətli perspektivdə, bunun çox müsbət nəticələrinin meydana çıxacağına əminik.

 

Write a Comment

Your email address will not be published. Required fields are marked *